VİDEO: Cənubi Azərbaycan klubunun oyununda ŞOK OLAY!

3 Noyabr 2019 00:00 Azərbaycan Futbolu 1 025
VİDEO: Cənubi Azərbaycan klubunun oyununda ŞOK OLAY!

İran çempionatında keçirilən "Traktor" - "İstiqlal" (2:4) matçında futbol tarixinə damğa vuracaq görüntülər meydana gəlib.

Sportinfo.az xəbər verir ki, Təbriz klubunun 80 min azarkeşi Türkiyənin "Barış Pınarı" əməliyyatına dəstək əlaməti olaraq eyni anda "Azərbaycan", "Türkiyə" qışqırıb, hərbi salam veriblər.

Oyundan əvvəl isə stadiona Türkiyə bayraqları ilə daxil olmaq istəyən 6 nəfər İran polisi tərəfindən saxlanılıb. Bir neçə gün əvvəl "Traktor"un bir futbolçusu qol vurduqdan sonra əsgər salamı verdiyi üçün İran Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı.

Xəbər Lenti