"Traktor" 80 min azarkeş önündə... FOTOLAR+VİDEO

2 Noyabr 2019 14:29 Azərbaycan Futbolu 866
"Traktor" 80 min azarkeş önündə... FOTOLAR+VİDEO

“Traktor” İran Premyer Liqasında lider olmaq şansını qaçırıb.

Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi 9-cu turda evdə “İstiqlal”a uduzub.

Mustafa Dənizlinin başçılıq etdiyi təbrizlilər oyuna yaxşı başlasalar da, üstünlüyü qoruya bilməyiblər. 80 mindən çox azarkeşin izlədiyi qarşılaşmada hakimin də bəzi şübhəli qərarları sayəsində 2:4 hesabı ilə uduzan təbrizlilər 2-ci pillədə qalıblar. Bu, "İstiqlal"ın Təbriz səfərində son 8 ildə ilk qələbəsi olub.

Lider "Sepahan" səfərdə "Pars Canubi Cam"la bərabərə qalıb - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!