Kamal Mirzəyev Küveytdə ilk qolunu vurdu - VİDEO

1 Noyabr 2019 13:27 Azərbaycan Futbolu 888
Kamal Mirzəyev Küveytdə ilk qolunu vurdu  - VİDEO

Karyerasını Küveytdə davam etdirən Kamal Mirzəyev "Əl- Salmiyya"nın heyətində çempionatda ilk qolunu vurub. Sportinfo.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi ölkə çempionatının 5-ci turu çərçivəsində "Al Tadamon"a qarşı keçirilən görüşdə komandasının qollarından birinin müəllifi olub. Mirzəyev 3:1 hesabı ilə qalib gəldikləri oyunda "Əl-Salmiyya"nın ikinci qolunu vurub. Hazırda həmyerlimizin komandası 10 xalla "Əl-Küveyt"lə ikinci və üçüncü yerləri bölüşür.

Digər Xəbərlər
Xəbər Lenti