Almaniyadakı "penalti kralımız"

23 Oktyabr 2019 12:58 Azərbaycan Futbolu 444
Almaniyadakı "penalti kralımız"

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyada tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, "Erzgebirge"nin üzvü buna ikinci Bundesliqanın 10-cu turunun "Nürnberq"lə qarşılaşmasında nail olub.

Aue təmsilçisinin 4:3 hesablı qələbəsində pay sahibi olan Nazarov 62-ci dəqiqədə penaltidən növbəti qolunu vurmaqla klubun sabiq üzvü Yorq Emmerixə (2003-2008) məxsus rekordu yeniləyib. Emmerixin hesabında 10 penalti qolu var idi.

29 yaşlı futbolçumuz 2016-cı ildən "Erzgebirge"nin heyətində çıxış edir, Almaniya klubunda indiyədək ümumilikdə 84 oyuna 18 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"