Azərbaycanın 8 klubu 28 milyon 924 min 10 manat aldı

7 Mart 2023 11:10 Azərbaycan Futbolu 1 874
Azərbaycanın 8 klubu 28 milyon 924 min 10 manat aldı

UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu 8 kluba 28 milyon 924 min 10 manat ödəyib.

Bu, 2021-ci ildə Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur.

“Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395 manat, “Qəbələ”yə 847 787 manat, “Sumqayıt”a 847 787 manat, “Sabah”a 320 749 manat, “Şamaxı”ya 165 465 manat, “Səbail”ə isə 146 931 manat ödəniş edilib.

Klubların Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda