Azərbaycan komandası Braziliyadan 2 legioner gətirdi

2 Mart 2023 02:20 Azərbaycan Futbolu 1 589
Azərbaycan komandası Braziliyadan 2 legioner gətirdi

Minifutbol üzrə ölkə çempionatında 13-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlinin liderləri “Zirə” və “Birbaşa” Bakı komandaları növbəti qələbələrini qazanıblar.

Turun ən maraqlı oyunları isə İdman Tv ilə canlı yayımlanan görüşlərə təsadüf edib.

Əvvəlcə “Veteran” - “Aznur” matçında iki top geriyə düşən birincilər, “Neftçi”PFK-nın sabiq futbolçusu Nicat Qurbanovun het-triki sayəsində 3:2 hesabıyla qələbə qazanıb.

Heyətini iki braziliyalı futbolçu ilə gücləndirən “Zəngəzur” isə “Bakı”FK-ya qalib gəlib 4:3.

“Real”Bakı, “Odlar Yurdu” və “Dəmir Yumruq” da bu tur üç xal qazanıblar.

Qeyd: 13 cü turun “Qarabağ” - “Xəzər” matçı yarımçıq dayandırıldığı üçün görüşün nəticəsi intizam komitəsinin qərarına əsasən martın 3-də açıqlanacaq.

Fotoğraf açıklaması yok.

Digər Xəbərlər
Xəbər Lenti