Azərbaycanda 16 il qabaq fəaliyyətini dayandırmış klub yenidən futbol səhnəsində!

23 Yanvar 2023 11:40 Azərbaycan Futbolu 1 545
Azərbaycanda 16 il qabaq fəaliyyətini dayandırmış klub yenidən futbol səhnəsində!

Azərbaycanda 16 öncə bağlanmış klub fəaliyyətini bərpa edib.

Söhbət “Şəfa”dan gedir.

“Şəfa” 1997-ci ildə Bakı şəhərində yaradılıb. Müxtəlif vaxtlarda “U-18”, “Şəfa” adları ilə 8 dəfə yüksək liqada iştirak edib. 2001-ci ildə Azərbaycan Kubokunun qalibi olub. Həmin ildə UEFA Kubokunda mübarizə aparıb.

Artıq “Şəfa” fəaliyyətini yeni imicdə, yeni loqo və konseptdə davam etdirəcək.

Klubun stategiyası və planları genişdir. 2005-ci ildən sonra futbol söhnəsinə geri dönən «Şəfa»nın ilk məqsədi Region Liqasının növbəti mövsümündə iştirakdır. Daha sonra I Divizion və Premyer Liqa uğrunda mübarizə aparmağı hədəfləyiblər.

Məkan kimi yenə paytaxtı seçmiş «Şəfa»nın nəzdində akademiya yaradılacaq. Vaxtilə bütün yaş qrupları üzrə millilərin bazası olmuş klub bu dəfə də uşaq futboluna böyük diqqət ayıracaq.

«Şəfa» fəaliyyətdə olduğu müddətdə AFFA tərəfindən kurasiya edilib. Əsası federasiyanın ovaxtkı prezidenti Fuad Musayev tərəfindən qoyulub.

Bu, 2004-cü ilədək belə davam edib. Qurumun rəhbərliyi dəyişəndən sonra şəhər təmsilçisinin də qara günləri başlayıb. Axır 1 ildə «Şəfa» dəfələrlə əldən-ələ keçib, müxtəlif şəxslərin idarəçiliyində olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti