"Neftçi"nin çempion futbolçusu niyə heç kimə lazım deyil?

6 Yanvar 2023 22:20 Azərbaycan Futbolu 1 355
"Neftçi"nin çempion futbolçusu niyə heç kimə lazım deyil?

Qış transfer pəncərəsində yaxşı futbolçu qıtlığı hər zaman problem olub.

Əbəs deyil ki, klublar sezonun yarısında güclənməyə o qədər də meyl göstərmirlər. Buna məcbur gedənləri isə böyük ölçüdə ya klubu ilə problem yaşayanlar, ya da aylardı klubsuz qalanlar gözləyir.

Belə oyunçulardan biri də Fəhmin Muradbəylidir.

Cəmi 2 il əvvəl "Neftçi" ilə Azərbaycan çempionu olan futbolçu bu gün heç kimə lazım deyil.

2020/21 mövsümünün birinci yarısını məxsus olduğu "Neftçi"də keçirən vinger, qış fasiləsində "Keşlə"yə (İndiki "Şamaxı") icarəyə verilib.

26 yaşlı oyunçu sonuncu dəfə ötən ilin may ayında meydana çıxıb. O, Premyer Liqanın son turunda "Keşlə"nin heyətində "Zirə"yə qarşı 5 dəqiqə meydanda olub.

Ardınca "ağ qaralar"la müqaviləsinə xitam verilən futbolçu son 6 ayı klubsuz qalıb. Bir müddət əvvəl mətbuata açıqlamasında ölkə xaricinə gedəcəyini deyən Fəhminə legioner həyatı yaşamaq da qismət olmadı.

Maraqlıdır, birvaxtlar ölkənin ən istedadlı oyunçularından sayılan çempion futbolçuya bu gün niyə sahib duran yoxdur?

Yəqin ki, bu suala ən doğru cavabı elə Fəhmin özü verə bilərdi. Amma təəssüf ki, futbolçu bu niyyətlə olan müraciətimizi cavabsız qoydu.

Görünür, o da öz halı ilə barışıb. Hər halda susmaq adətən razılıq əlaməti sayılır. Amma cəmi 26 yaşında olan futbolçuya məsləhət görərdim ki, bir küncə çəkilmək, qorxmaq yox, meydana atlanmaq, hünər göstərmək, "mən də varam" demək lazımdır. Ən azı yaşın buna imkan verir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!