Açılışı gözlənilən stadiondan YENİ XƏBƏR var

28 Noyabr 2022 17:20 Azərbaycan Futbolu 756
Açılışı gözlənilən stadiondan YENİ XƏBƏR var

2019-cu ildə yenidən inşasına start verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun açılışı növbəti ayın ilk günlərinə planlaşdırılırdı.

Amma bu istək, yəqin ki, baş tutmayacaq.

Səbəb isə son tamamlama işlərinin gözləniləndən daha çox zaman almasıdır.

İş icraçıları qarşıdakı bir həftə ərzində arenanın tam yekunlaşmasını mümkünsüz hesab ediblər.

Böyük ehtimalla "futbol məbədi"nin qırmızı lenti dekabrın sonuncu həftəsinə təsadüf edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti