"Sabah" bizi qorxutmur"

16 Noyabr 2022 22:40 Azərbaycan Futbolu 1 043
"Sabah" bizi qorxutmur"

“Çox güclü komandaya rəqib olmuşuq”.

Bunu Sportinfo.az-a açıqlamasında ölkə kubokunun 1/8 final məhələsində “Sabah”ın rəqibi olan “Qaradağ Lökbatan”ın hücumçusu Sabir Allahquliyev deyib.

Təcrübəli forvard rəqibin güclü olmasına baxmayaraq meydana layiqli mübarizə aparmaq üçün çıxacaqlarını dilə gətirib:

“Sabah” çempionatda “Qarabağ” kimi komanda ilə başa-baş oynayan komandadır. Amma belə rəqiblə qarşılaşmağımız bizi qorxutmur.

Düzdür, çempionatda yaxşı yerdə getmirik, amma ab-hava pis deyil. Nə bacarırıq, onu da ortaya qoyacağıq”.

İki il əvvəl Birinci Divizionda çıxış edən "Kəpəz" Premyer Liqa təsmilçisinə surpriz edərək, "Sabah"ı mübarizədən kənarlaşdıra bilmişdi.

Bu, eyni surprizi həyata keçirmək yolunda “Qaradağ Lökbatan” üçün motivasiya ola bilərmi? Allahquliyevi dinləyək :

“Bəli, o zaman “Kəpəz” gözəl qələbə qazanmışdı. Çox istedadlı oyunçuları vardı. Amma unutmaq olmaz ki, indiki “Sabah” ondakı komanda deyil.

Murad Musayev çox gözəl komanda hazırlayıb. Hətta çempionluğa layiq oyun göstərirlər.

Amma inanmıram ki, bu surprizi gerçəkləşdirək. Çox çətin oyun bizi gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"