İki klub Azərbaycan Kubokunda iştirakdan imtina etdi

20 Sentyabr 2022 20:20 Azərbaycan Futbolu 1 821
İki klub Azərbaycan Kubokunda iştirakdan imtina etdi

Azərbaycan Kubokunda 2022/2023 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 10 komandası - "Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ", "Turan Tovuz", "Zirə", "Səbail", "Kəpəz", "Sumqayıt", "Şamaxı" ilə yanaşı, I Divizion təmsilçiləri “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq.

Aşağı dəstənin digər iki klubu - "Zaqatala" və "İmişli" isə ölkə kubokunda iştirakdan imtina edib.

Azərbaycan Kubokunun püşkatma mərasimi oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!