Azərbaycanda futbola sponsorluq edən sahibkarlara güzəştlər - Müzakirə aparıldı

10 Sentyabr 2022 14:20 Azərbaycan Futbolu 552
Azərbaycanda futbola sponsorluq edən sahibkarlara güzəştlər - Müzakirə aparıldı

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bu gün Futbolun İnkişaf Fondunun ofisində olub.

Sportinfo.az xəbər verir ki, FİF-in icraçı direktoru Tural Piriyev fondun fəaliyyəti, hazırda həyata keçirilən layihələr və planlar haqda məlumat verib.

Millət vəkili ilə sahibkarların futbola sponsorluq etməyə marağının artırılması üçün güzəştlərin tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb. FİF-in bu yöndə hazırladığı təkliflər nəzərdən keçirilib.

Həmçinin, Vüqar müəllim Futbolun İnkişaf Fondunun beynəlxalq əməkdaşlıq planlarının qurulması ilə bağlı öz tövsiyələrini verib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!