Yaşar Vahabzadə getdi, o, "Kəpəz"in məşqinə gəldi

30 Avqust 2022 22:20 Azərbaycan Futbolu 2 955
Yaşar Vahabzadə getdi, o, "Kəpəz"in məşqinə gəldi

Yaşar Vahabzadəni istefaya göndərən "Kəpəz" hazırlığı doğma rayonda davam etdirir.

Komanda bu gün Xaliq Mərdanovun rəhbərliyi altında növbəti məşqə çıxıb.

Gəncə Şəhər Stadionunda baş tutan məşqə tanış sima da qonaq gəlib.

Söhbət komandanın sabiq futbolçusu Cavid İmamverdiyevdən gedir. Düzdü, o, məşqdə iştirak etməyib, sadəcə köhnə komandasını kənardan izləyib.

Təcrübəli oyunçu Qərb təmsilçisində ötən ildən çıxış edirdi. Hətta yarımmüdafiəçi yeni mövsümün hazırlıqlarına da qatılmışdı.

Amma sezonun startına iki həftə qalmış gözlənilmədən baş məşqçi Cavidi komandadan göndərmişdi.

Görünür, Vahabzadənin göndərilməsi onun da yenidən komandaya qayıtmaq perespektivini yaradıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti