“Eh, yada saldıqca, adam pis olur” – İLLƏR SONRA GƏLƏN ETİRAF

29 Avqust 2022 21:00 Azərbaycan Futbolu 1 890
“Eh, yada saldıqca, adam pis olur” – İLLƏR SONRA GƏLƏN ETİRAF

“Onları unuda bilmirəm axı, yadıma da salım”.

Bu etirafı Sportinfo.az-a “Karvan”ın sabiq legioneri Qoca Trapaidze edib.

İki il Azərbaycanda çıxış etmiş (2004-2006) gürcüstanlı yarımmüdafiəçi burada keçirdiyi günləri yaxşı xatırladığını deyib.

O, əməkdaşımızın “Karvan”, Yevlax, oradakı azarkeşlər – hərdən yadına salırsan” sualını bu cür cavablandırıb:

“Onlar hər zaman, hər yerdə yadımdadır. Bakıya gələn kimi “Karvan”dakı dost-tanışlarla yığışıb ötən günləri yada salırıq, ara-sıra telefonda danışırıq.

Yevlaxda gördüyüm dostluğu, münasibəti heç yerdə görməmişdim, çətin ki, bundan sonra da görüm.

İnanılmaz dərəcədə möhtəşəm kollektivə sahib idik. Sanki 20-30 ildir birlikdə yaşayırdıq, oynayırdıq, o dərəcədə gözəl yəni.

Rəhbərlik, məşqçilər heyəti, inzibati heyət, futbolçular, azarkeşlərimiz - eh, yada saldıqca, adam pis olur. Çox gözəl, unudulmaz günlər idi”.

Digər Xəbərlər
Xəbər Lenti