Sumqayıtlılar bu xəbərə çox SEVİNƏCƏK

28 İyul 2022 21:40 Azərbaycan Futbolu 1 695
Sumqayıtlılar bu xəbərə çox SEVİNƏCƏK

Sumqayıtlı futbol sevərlərin həsrəti başa çatır.

Belə ki, 2019-cu ildən əsaslı təmirə bağlanan, amma maliyyə səbəbindən bir neçə dəfə təmir işlərinin dayanması ilə qarşılaşdığımız Mehdi Hüseynzadə adına şəhər stadionundan şad xəbər var.

Artıq bir neçə həftədi burada işlər sürətlənib və son tamamlama işləri gedir.

Bu yaxınlarda hətta şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov arenaya baş çəkib, görülən işlərlə yerində tanış olub.

Hər hansı fors major hal yaşanmazsa Sentyabr ayında futbol stadionunun tamaşaçıların üzünə açılacağı ehtimal olunur.

Stadionun azarkeş tutumunun 16 min nəfər nəzərdə tutulduğunu xatırladaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!