Şuşalıları sevindirəcək FUTBOL XƏBƏRİ

11 İyul 2022 11:00 Azərbaycan Futbolu 1 471
Şuşalıları sevindirəcək FUTBOL XƏBƏRİ

Bakıda Şuşanın adını daşıyan futbol məktəbi fəaliyyətə başlayıb.

"Şuşa 58" adlanan məktəbin əsas məqsədi ilkin olaraq azyaşlı uşaqların futbola maraq göstərməyi və onlara bu sahənin sirrlərini öyrətməkdir.

Futbol məktəbi Vətən müharibəsi ərəfəsində yaradılıb. Klubun təsisçiləri əslən Şuşalı olan Teymur Teymurov və Fərid Məmmədovdur. "Şuşa 58"in məşqləri "Sabunçu Arena"da gerçəkləşir.

Məşqlər həftədə 3 dəfə məşqçi Fərid Məmmədovun və qapıçı məşqçisi Salman Əliyevin rəhbərliyi ilə həyata keçirilir.

Futbol məktəbinə 6 - 9 yaş qrupu üzrə seçimlər hazırda da davam edir. Gələcəkdə yaş qruplarının sayını artırmaq, ümumiyyətlə, "Şuşa" adlı klubu daha da böyütmək Teymur və Fərid bəyon planlara daxildir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti