"Yenidən Premyer Lİqada oynamağa hazıram"

24 İyun 2022 23:00 Azərbaycan Futbolu 1 209
"Yenidən Premyer Lİqada oynamağa hazıram"

Yeni mövsüm Premyer Liqada çıxış edəcək “Kəpəz” dünən daha 4 futbolçu ilə müqavilə bağladığını rəsmi olaraq açıqladı.

Bunlar müdafiəçi Elçin Əlicanov, hücumçu Bəhruz Teymurovla və yarımmüdafiəçilər Nicat Süleymanovla Tural Rzayevdir.

Sonuncu yerli təfərdarlara kifayət qədər tanış simadır. O, uzun illərdi bu komandanın şərəfini qoruyur. “Kəpəz” kimi, Tural da 4 ildən sonra Premyer Liqaya qayıtmış olacaq.

28 yaşlı yarımmüdafiəçi yaşadığı sevinc hisslərini Sportinfo.az-la bölüşüb:

“Yenidən mənə doğma olan komanda ilə davam etmək xoşdur. Sevinirəm ki, mənə doğma olan komanda, mənə doğma olan şəhər və mənə doğma olan azarkeşlərlə bir yerdə olacam.

Premyer Liqaya rəng qata biləcək yaxşı bir komanda formalaşacağına inanıram. Yenidən Premyer Lİqada oynamağa hazıram.

Bu, hər zaman belə olub. Çünki öz gücümün nəyə yetdiyini yaxşı bilirəm”.

Xəbər Lenti