"Turan Tovuz"a "yox" dedi, "Şamaxı"dan cavab gözləyir

23 İyun 2022 21:00 Azərbaycan Futbolu 1 424
"Turan Tovuz"a "yox" dedi, "Şamaxı"dan cavab gözləyir

"Səbail"dən ayrılan Əfran İsmayılov hələ də klubsuzdur.

Əslində hələ bir müddət əvvəl "Turan Tovuz"un İsmayılova dəvət göndərdiyini bildirmişdik. Amma bölgədə oynamağı istəməyən təcrübəli oyunçu təklifə "yox" cavabı verib.

İndi isə tək variant "Şamaxı" qalıb. Düzdü, bu klub da bölgəni təmsil edir. Amma komandanın gününü daha çox Bakıda keçirəcəyi gözlənilir.

32 yaşlı futbolçu da məhz bu məqama görə Şamaxı təmsilçisinə keçməyə müsbət baxır. Həm də Şamaxı paytaxta daha yaxın məsafədə yerləşir,

Ancaq klubun Müşahidə Şurasının sədri Zaur Axundovun istefasından sonra davam edən qeyri-müəyyənlik Əfranı da hələ bir müddət gözləməyə məhkum edib. Yaxın bir həftədə bütün suallara aydınlıq gəlməlidir.

Əgər "Şamaxı" variantı da alınmasa, böyük ehtimalla millinin sabiq üzvü məşqçilik fəaliyyətinə başlamağa qərar verəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti