"Qismət olsa, yenidən Azərbaycanda oynayacam” - Argentinalı müdafiəçi

18 İyun 2022 17:00 Azərbaycan Futbolu 989
"Qismət olsa, yenidən Azərbaycanda oynayacam” - Argentinalı müdafiəçi

“Azərbaycandan dəvət gəlsə yenidən ora qayıtmağa şad olardım”

Bunu Sportinfo.az-a açıqlamasında ötən mövsümü “Şamaxı”da keçirən müdafiəçi Franko Flores deyib.

Argentinalı legioner hazırda vətənində olduğunu və yeni təkliflər gözlədiyini bildirib:

“Ağır mövsüm keçirdik. İndi istirahətdəyəm. “Şamaxı”dan ayrılmışam. Yeni təkliflər barədə düşünəcəm.

Azərbaycandan danışıq apardığım məşqçi və menecer var. Əgər qismət olsa, yenidən Azərbaycan Premyer Liqasında oynayacam”

29 yaşlı oyunçu 2019/20 mövsümünü tam, 2021/22 mövsümünün isə ikinci yarısını bölgə klubunda keçirib.

O, bu müddətdə meydana çıxdığı 34 görüşdə 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!