Bölgə klubu şikayət təhlükəsi ilə ÜZ-ÜZƏDİR

3 İyun 2022 23:40 Azərbaycan Futbolu 739
Bölgə klubu şikayət təhlükəsi ilə ÜZ-ÜZƏDİR

Azərbaycan Premyer Liqasında mövsüm iki həftə əvvəl başa çatsa da, "Şamaxı"da maaş davası davam edir.

Son iki ayın pulunu ala bilməyən futbolçular rəhbərlik tərəfdən aldadılmağa davam edir.

Ötən dəfə rəhbərliyin oyunçulara 5-ci gün maaşların veriləcəyi barədə vəd verməsini xəbər vermişdik.

Amma yenə verilən söz havada qalıb. Gün ərzində maaş futbolçuların hesabına köçməyib. Məyus olan oyunçular qəzəbli halda rəhbərliklə əlaqə saxlayıblar.

Haqqları üçün AFFA-ya şikayət edəcəklərini bildiriblər. Yalnız bundan sonra onlara səbrli olmaları bildirilib.

Qeyd edilib ki, AFFA-a klubun hesabına pulu bu gün keçirib və birinci gün hər kəsin hesabına iki aylıq maaş bir yerdə köçürüləcək. Əgər bu dəfə də rəsmilər vədinə əməl etməsə, AFFA-ya şikayət məsələsi reallaşmış olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı