Türkiyə klubundan ayrıldı, Azərbaycanda işləmək istəmədi: "Təklifə isti yanaşmadım"

3 İyun 2022 11:00 Azərbaycan Futbolu 749
Türkiyə klubundan ayrıldı, Azərbaycanda işləmək istəmədi: "Təklifə isti yanaşmadım"

Türkiyəli baş məşqçi Ömər Ərdoğan Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu barədə qatıldığı televiziya proqramında məlumat verib.

O, Azərbaycan və Qətərdən təkliflər aldığını deyib:

"Menecerlər vasitəsilə Azərbaycan və Qətərdən təkliflər aldım. Ancaq bu təkliflərə isti yanaşmadım.

Bundesliqada işləmək istəyirəm. "Hatayspor"da çalışarkən Almaniyadan təklif almışdım".

Ömər Ərdoğan 2020-ci ilin yayından 2022-ci ilin may ayınadək "Hatayspor"u calışdırıb.

Komanda onun rəhbərliyi altında son mövsümdə Türkiyə Super Liqasını 53 xalla 12-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı