Azərbaycan klubları seçim etdi - Avrokuboklarla bağlı

29 May 2022 00:30 Azərbaycan Futbolu 2 223
Azərbaycan klubları seçim etdi - Avrokuboklarla bağlı

Azərbaycanı 2022/2023 mövsümündə avrokuboklarda təmsil edəcək klublar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" ev oyunları üçün stadion seçimini ediblər.

Sportinfo.az xəbər verir ki, 1 illik fasilədən sonra Çempionlar Liqasına qayıdan Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq və rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

UEFA Konfrans Liqasında çıxış edəcək "Neftçi", "Zirə" və "Qəbələ" müvafiq olaraq "Bakcell Arena", "Dalğa Arena" və Qəbələ şəhər stadionunu seçib.

Hər 3 komanda mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Əyalət təmsilçisi pley-offa adlayacağı halda, ev oyunlarını "Dalğa Arena"da keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!