AFFA yeni çempionat yaradır - FOTO

7 May 2022 09:20 Azərbaycan Futbolu 1 132
AFFA yeni çempionat yaradır - FOTO

AFFA yeni turnir yaradacaq.

Sportinfo.az xəbər verir ki, bu məqsədlə AFFA-nın təşkilatçılığı ilə 7-8 may tarixlərində Bakı şəhəri üzrə 12 yaşlı qızlar arasında “Bahar turniri” keçiriləcək.

“Rəvan” FK-nın bazasında (Qaraçuxur qəsəbəsi) təşkil olunacaq turnirdə yeddi komanda mübarizə aparacaq. Turnirin ilk günü qrup oyunları (A və B qrupu), növbəti gün isə final mərhələsinin oyunları keçiriləcək.

Hər komandada üç nəfər 2010-cu il olmaqla 2011 və 2012-ci il təvəllüdlü yeddi qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaqlar. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

Layihənin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır. Növbəti aylarda daha iki regionda (Şimal-Qərb və Qərb) bu layihənin həyata keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti