Mübariz Mənsimov: "Mən gəldim, "Neftçi"dən 5-6 futbolçu transfer etdim"

3 May 2022 09:20 Azərbaycan Futbolu 2 626
Mübariz Mənsimov: "Mən gəldim, "Neftçi"dən 5-6 futbolçu transfer etdim"

"Mən buradan açıq-aydın deyirəm ki, "Xəzər Lənkəran" olmasaydı, Azərbaycan futbolu bu yerlərə gəlməzdi".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Xəzər Lənkəran"ın yaradıcısı Mübariz Mənsimova məxsusdur.

O bildirib ki, 2004-cü ildə yaratdığı klub futbola həyəcan gətirib.

Sitat: "Peşəkar futbolçular xaricdən gəlməyə başladı, bizim oyunçular onlarla ayaqlaşmağa çalışdı, milli futbolçular çıxmağa başladı.

Dünyanın hər yerində bu iş belədir. Azərbaycanda "Xəzər Lənkəran"ı quranda futbolçulara 1000 dollar pul verirdilər.

Mən gəldim, "Neftçi"dən 5-6 futbolçu transfer etdim. Onlar ilk dəfə 200-300 min pul gördülər. Özlərini həyəcandan saxlaya bilmirdilər.

Bizdən əvvəl heç kəs stadion qurmurdu. Sovetlər Birliyindən sonra ilk stadionu "Xəzər Lənkəran" qurdu. Ondan sonra hər kəs stadion qurmağa başladı.

Məqsədimiz oradakı uşaqların idmana həvəslənməsi, pis vərdişlərə uymaması, özlərinə gələcək qurmaları idi".

Xəbər Lenti