Ölkəmizdə yeni Futbol Akademiyası açılır - LAYİHƏ HAZIRDIR

30 Aprel 2022 22:20 Azərbaycan Futbolu 1 251
Ölkəmizdə yeni Futbol Akademiyası açılır - LAYİHƏ HAZIRDIR

Növbəti mövsüm birinci divizionda oynayacaq "Araz Naxçıvan" komandasının rəhbərliyi artıq əməli işə start verib.

Planlar genişdir və o planların tərkib hissəsinə Naxçıvanda Futbol Akademiyasının inşası da nəzərdə tutulub.

Bununla bağlı layihə yekunlaşmaq üzrədir.

Şəhərin mərkəzində tikiləcək akademiyanın yeri də müəyyən olunub.

Akademiyada uşaqların qalması üçün yataqxana, qidalanması üçün yeməkxana, təhsil alması üçün məktəbin tikilməsi də nəzərdə tutulub.

Yaxın müddətdə böyük proyektin inşasına başlanması gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti