Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsi start götürür.
"Qəbələ" doğma meydanda Premyer Liqanın hazırkı lideri "Qarabağ"ı qəbul edəcək. Son çempion "Neftçi" isə "Zirə" ilə səfərdə üz-üzə gələcək.
"Ağ-qaralar"ın sabiq çalışdırıcısı Füzuli Məmmədov ilk oyunlar öncə tərəflərin şansları barədə Sportinfo.az-a danışıb.
"QƏBƏLƏ" - "QARABAĞ"
"Qəbələ"nin evdə oynamasına baxmayaraq onlar üçün çətin oyun olacaq. Çünki komandanın heyəti çox kasaddır. Düşünürəm ki, favorit "Qarabağ"dır. Hətta qonaqlar ilk oyunda belə özünə lazım olan nəticəni qazana bilər. Bir sözlə, bu cütdə cavab görüşünü gözləməyə ehtiyac qalmaya bilər".
"ZİRƏ" - "NEFTÇİ"
"Bu dueldə qonaqlar üstün tərəf kimi görünsə də, məncə, "Neftçi"yə çətin olacaq. "Ağ-qaralar" finala çıxmaq istəyirsə, səfər görüşündə özünə münasib nəticəni qazanmalıdır. Bunun üçün müdafiə son dərəcə diqqətli olmalı və ön xətt mümkün qədər qolları vurmalıdır.
Yox, "Neftçi" qələbə qazana bilməsə, "Baksel arena"da daha gərgin matça hazırlaşmalı olacaq. Kağız üzərində "Neftçi" favorit hesab oluna bilər. Ancaq tərəflərin oynadığı futbola baxsaq, şansları 50/50-yə görürəm. Fikrimcə bu cütdə bütün suallara cavab görüşündə aydınlıq gələcək".
XANOĞLAN