Premyer Liqa və Divizionda limit dəyişdiriləcək

18 Aprel 2022 17:00 Azərbaycan Futbolu 5 085
Premyer Liqa və Divizionda limit dəyişdiriləcək

Azərbaycan Premyer Liqasında legioner limiti dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA Klublar Komitəsinin və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məlumat verib.

Funksioner bildirib ki, klublar bugünkü iclasda həm elitada, həm də I Divizionda limitlə bağlı təkliflərini veriblər.

Onun sözlərinə görə, qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq və klublara məlumat veriləcək.

Rəfiyevin fikrincə, komandaların əksəriyyəti legioner limitində dəyişikliyin tərəfdarıdır:

"Nəzərə alsaq ki, hazırda yüksək dəstədə 10 komandanın olacağı ilə bağlı söhbət gedir, klublar limitdə hansısa dəyişikliyin tərəfdarıdır.

Amma konkret necə olacağını deyə bilmərəm. Çünki hər klub öz təklifini bildirsə də, bəzi fikirlər üst-üstə düşmədi".

Hazırda Azərbaycan Premyer Liqasında legioner limiti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 2000-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı) formatındadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"