Nazir futbol sektorunda islahat istəyir - Xüsusi göstəriş verdi

15 Aprel 2022 15:00 Azərbaycan Futbolu 3 756
Nazir futbol sektorunda islahat istəyir - Xüsusi göstəriş verdi

Gənclər və İdman Nazirliyi (GİN) nazirliyin balansında olan idman məktəblərinin futbol şöbələrinə nəzarəti gücləndirib.

Bu barədə nazir Fərid Qayıbovun xüsusi göstərişi var.

O, paytaxt və bölgələrdəki mərkəzlərin komandalarının son illərdəki çıxışı/nəticələri barədə hesabatlarla tanış olandan sonra belə tapşırıq verməyi lazım bilib.

Futbol şöbələrinin göstəricilərindən narazı qalan F.Qayıbov bu sahədə də islahatların aparılmasını zəruri hesab edir. GİN-in başçısı görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanmasını istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"