Dövlət bu işə əl qoymalıdır: "Heç kim öz xoşu ilə futbola pul buraxmaq istəmir"

1 Yanvar 2022 14:00 Azərbaycan Futbolu 1 120
Dövlət bu işə əl qoymalıdır: "Heç kim öz xoşu ilə futbola pul buraxmaq istəmir"

“Yeni Dövlət Proqramının qəbuluna böyük zərurət var“.

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan “Neftçi“ və “Xəzər Lənkəran“ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qatılan AFFA Məşqçilər Komitəsinin üzvü bildirib ki, ölkədə futbolun səviyyəsinin qaldırılması dövlətin dəstəyindən asılıdır.

O, 2005-2015-ci illər ərzində icra olunan ilk proqramın sayəsində yeni klubların, paytaxtda və bölgələrdə infrastrukturun yaradıldığını xatırladıb.

Mircavadov qeyd edib ki, hazırda iş adamları və şirkətlər öz istəyi ilə futbola sərmayə qoymaq fikrində deyil və bu, inkişafın önünü kəsir.

Digər Xəbərlər
Xəbər Lenti