“NEFTÇİ”NİN GÜNDƏMİ: Samir Abasovu istefadan qorxudan SƏBƏB

10 Dekabr 2021 16:00 Azərbaycan Futbolu 1 534
“NEFTÇİ”NİN GÜNDƏMİ: Samir Abasovu istefadan qorxudan SƏBƏB

Son illər "Neftçi" ilə "Qarabağ"ın azərbaycanlı məşqçilər və futbolçuların karyerasının ən yüksək nöqtəsi sayıldığını desək, yəqin ki, yalan olmaz.

Amma həmin zirvəyə yüksəlmək nə qədər çətindirsə, orada qalmaq ondan da çətindir. Qala bilmədinsə, ümumiyyətlə, karyeran baxımındam ayaqda qalmaq çətindir.

Bu gün Samir Abasovun "Neftçi"də qorxduğu da budur. Niyə Samir Abasov? Çünki son günlər istefası gündəmdən düşməyən məhz onun adıdır.

Amma gənc mütəxəssis hələki bu iddiaları yaxın buraxmır. Sanki gedərəm, sonra gəlmək bir də olmaz görüntüsü var. Və bu minvalla "Nə bacarıramsa, hələ qalım" düşüncəsi ilə işinə davam edir. Amma nə vaxta kimi?

Bəli, bu gün "Neftçi"nin uğursuzluğu təkcə baş məşqçi ilə bağlı deyil. Amma ilk bağlı nöqtə də elə baş məşqçidir axı.

Boşuna deməyiblər ki, uğursuzluq varsa, həmin çalışdırıcının çəmadanı yanında olmalıdır. Qovulmadan, söyülmədən çıxıb getməlidir. Yenidən özünü təsdiqləmək və zirvəyə yüksəlmək üçün.

Zamanında Qurban Qurbanovun etdiyi kimi...

Belə ki, illər əvvəl Qurbanov "Neftçi"dən ayrılanda nəticələr indikindən çox yaxşı idi. Səhv xatırlamıramsa, onun rəhbərliyi altında cəmi 1 məğlubiyyəti vardı.

Açıq-aşkar görünürdü ki, problem məşqçidə yox, rəhbərlikdədir. Amma komandada istənilmədiyini görən Qurban Qurbanov yolların ayrılmasına etiraz etmədən postundan ayrılmışdı.

Sonra özünü "Qarabağ"da necə təsdiqlədiyini təkcə ölkədə yox, Avropada da bilirlər. Qorxmaq yox, Qurban Qurbanov kimi cəsur olmaq lazımdır.

Hər zaman mərd, sözün düzünü deyən biri kimi tanıdığımız Abasovdan da eyni addımı gözləyirik. Amma onu indiki qiyafədə görmək həqiqətən ağırdı.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi