"Beşiktaş"lı məşhur: "Xəzər Lənkəran"dan mənə təklif gəlmişdi, sonra necə oldusa…"

10 Noyabr 2021 13:00 Azərbaycan Futbolu 1 322
"Beşiktaş"lı məşhur: "Xəzər Lənkəran"dan mənə təklif gəlmişdi, sonra necə oldusa…"

«O vaxt«Xəzər Lənkəran»dan mənə təklif gəlmişdi, sonra necə oldusa, təyinatım baş tutmadı».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Adana Demirspor»un sabiq çalışdırıcısı Samet Aybaba deyib.

«Beşiktaş»ın əfsanəvi sabiq futbolçusu illər öncə Mübariz Mənsimovun sahibi olduğu klubdan ona dəvət gəldiyini söyləyib:

«Azərbaycanda bir çox türkiyəli məşqçi çalışıb. Mustafa Dənizli və Güvənc Kurtarın adını çəkə bilərəm.

Bilirəm ki, onların vaxtında Azərbaycanda iddialı klublar çox olub. İndi isə çempionatda heç 10 komanda da çıxış etmir.

Millinin inkişafını istəyirsizsə, futbolun təməl prinsiplərinə diqqət yetirməniz lazımdır. «Alt yapı»dan başlayır hər şey.

O olmadan heç bir iş görülməz və uğur gətirməz. Uşaq futbolu, gənclər futbolu və aşağı liqalar bir-birini tamamlamalıdır.

Azərbaycan futbolunun son illərdəki durumu ilə yaxından maraqlanmamışam. Yalan deyərəm. Ancaq mənə elə gəlir ki, orada görüləcək işlər çoxdur.

Heç «Xəzər Lənkəran»dan xəbərim də yoxdur indi. Bu klub dağılıb? Nə pis xəbər oldu…

O vaxt «Xəzər Lənkəran»ı mənə çox tərifləmişdilər. Açığı, mənə qaranlıq qaldı ki, «Xəzər»ə gəlişim niyə reallaşmadı».

Digər Xəbərlər
Xəbər Lenti