“Azərbaycan futbolu hələ də qapalı dünyadır”

8 Oktyabr 2021 20:20 Azərbaycan Futbolu 842
“Azərbaycan futbolu hələ də qapalı dünyadır”

"Xəzərin sahilində yerləşən Bakıda həyat yaxşıdır”.

Sportinfo.az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi bu açıqlama ilə çıxış edib.

Italiyalıə çalışdırıcı ölkəsinin mətbuatına verdiyi müsahibədə Bakı şəhəri haqqında xoş fikirlər səsləndirib:

65 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan paytaxtı tarixi qədim, möhtəşəm şəkildə qorunan və UNESCO-nun irs siyahısına salınmış şəhərdir:

“Çempionatdakı komandaların demək olar ki, hamısı paytaxtda oynayır. Çünki şəhərdən kənarda yalnız iki klub var.

Premyer Liqadakı 8 klubun heyətlərindəki futbolçuların çoxu legionerlərdən ibarətdir. Yığma ilə bağlı seçim etmək üçün məhdud oyunçu toplusu var.

Burada asan deyil. Azərbaycan futbolu hələ də qapalı dünyadır. Bir neçə oyunçu xaricdə çıxış etməyə yeni başlayıb.

Bu baxımdan daha çox oyunçunun beynəlxalq səviyyədə təcrübə qazanma şansına sahib olacağına ümid edirik".

Digər Xəbərlər
Xəbər Lenti