Ştuxlik "Sabah" - "Qəbələ" görüşündəki mübahisəli epizoda şərh verdi

12 Sentyabr 2021 20:20 Azərbaycan Futbolu 697
Ştuxlik "Sabah" - "Qəbələ" görüşündəki mübahisəli epizoda şərh verdi

AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik qurumun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, avstriyalı mütəxəssis Premyer Liqanın 3-cü turunda keçirilən "Sabah" - "Qəbələ" matçında baş vermiş epizod barədə fikirlərini bildirib:

"Premyer Liqanın lll turu çərçivəsində sentyabrın 11-də keçirilmiş "Sabah" - "Qəbələ" oyununun 27-ci dəqiqəsində baş vermiş qayda pozuntusu zamanı VAR sistemi tətbiq olunsaydı, epizod rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək kimi təfsir olunmaqla, qayda pozuntusuna yol vermiş futbolçuya qırmızı vərəqə göstərilə bilərdi".

Qeyd edək ki, "Sabah" - "Qəbələ" görüşü qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti