"Yalan danışa bilmərəm, Premyer Liqadan təklif almamışam"

23 Avqust 2021 23:00 Azərbaycan Futbolu 1 108
"Yalan danışa bilmərəm, Premyer Liqadan təklif almamışam"

"Hələki bir yenilik yoxdur. Oturub təklif gözləyirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un sabiq çalışdırıcısı İlham Yadullayev deyib.

Gənc mütəxəssis bəzi təkliflər almasını gizlətməyib: "Premyer Liqadan təklif almamışam. Yalan danışa bilmərəm. Birinci Divizon klublarından təklif almışam".

45 yaşlı mütəxəssis israrımıza baxmayaraq ad çəkmək istəmədiyini bildirib: "Ad çəkmə istəməzdim. İnşallah, alınanda məlumat verərəm. Hazırda konkret nəsə demək istəməzdim".

Xəbər Lenti