Sabiq "Xəzər Lənkəran"lı yenidən böyük futbolda

10 Avqust 2021 23:20 Azərbaycan Futbolu 2 414
Sabiq "Xəzər Lənkəran"lı yenidən böyük futbolda

"Xəzər Lənkəran"nın yetirməsi olan Orxan Sadıqlı "Səbail-2"də məşqlərə qoşulub.

Bu barədə Sportinfo.az-a açıqlamasında Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova məlumat verib.

Bununla da təcrübəli qapıçı təxminən 1 illik fasilədən sonra yenidən karyerasını bərpa etmiş oldu.

Sadıqlı yarımçıq dayandırılan 2019-2020 mövsümünü "Zirə"də keçirib. Həmin mövsümün sonu klubdan ayrılan kiper bugünə qədər klubsuz qalıb.

28 yaşlı qapıçı "Xəzər Lənkəran"nın əsas komandası ilə bərabər "Keşlə", Sumqayıt" və "Zirə" komandalarının da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti