"Ozobiç hara gəldiyini bilməlidir"

17 İyul 2021 21:00 Azərbaycan Futbolu 1 311
"Ozobiç hara gəldiyini bilməlidir"

"Açığı, mən milliləşən futbolçuların heç vaxt tərəfdarı olmamışam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Filip Ozobiçin milliləşdirilməsinə münasibət bildirən "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Milli komandanın sabiq üzvü tam olaraq da milliləşdirmə məsələsinə qarşı deyil: "Amma komanda üçün faydalı olacaqsa, niyə də olmasın? Ozobiç keyfiyyətli futbolçudur. Ən önəmlisi hara gəldiyini bilməlidir.

Oyunlarda döyüşməli, fərq yaratmalıdır. Təki milli komandamıza faydası dəysin. O zaman biz də sevinərik. Ən azından millimizə fayda verdiyi üçün təşəkkür edərik".

Digər Xəbərlər
Xəbər Lenti