"Keşlə" "Səbail"lə bərabərə qaldı

9 İyul 2021 20:30 Azərbaycan Futbolu 647
"Keşlə" "Səbail"lə bərabərə qaldı

Konfrans Liqasına hazırlığı davam etdirən "Keşlə" bu gün növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, digər paytaxt təmsilçisi "Səbail"lə baş tutan oyun 1-1 hesablı bərabərliklə başa çatıb. "Səbail"dən Rauf Əliyev 45-ci dəqiqədə hesabı açıb. Oyunun 87-ci dəqiqəsinə "Keşlə"nin yeni transferi Omar Qudiabi bərabərlik qolunu vura bilib.

Xatırladaq ki, bu oyun yay hazırlığı çərçivəsində "Səbail"in ilk, "Keşlə"nin isə ikinci yoxlama oyunudur. "Keşlə" ilk yoxlama oyununda "Qarabağ"a böyükhesabla (0-7) məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti