COVİD pasportu olmayanlar Premyer Liqa və I Divizionda çıxış etməyəcək

4 İyul 2021 11:40 Azərbaycan Futbolu 779
COVİD pasportu olmayanlar Premyer Liqa və I Divizionda çıxış etməyəcək

“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq idman-sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet pasportu tələbi nəzərdə tutulur”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Bu tələb iyul ayının 1-dən etibarən tətbiq olunmağa başlanıb.

Sportinfo.az-ın məlumatına görə, AFFA və Peşəkar Futbol Liqası (PFL) bununla bağlı yeni tədbirlər planı üzərində işləməyə başlayıb.

Buna əsasən, Premyer və I Divizionda çıxış edəcək komandaların üzvləri vaksinasiyadan keçməli olacaq.

Bura klub rəsmiləri, məşqçi və futbolçular, o cümlədən, texniki işçilər daxildir.

COVİD pasportu almayanların adları iştirak ərizəsinə daxil edilməyəcək. Vaksinasiya federasiya ilə əməkdaşlıq edən xəstəxanalarda aparılacaq.

Xəbər Lenti