Azərbaycanı avrokuboklarda eyni klublar təmsil edəcək

24 May 2021 21:30 Azərbaycan Futbolu 1 430
Azərbaycanı avrokuboklarda eyni klublar təmsil edəcək

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün futbol klublarının adına aydınlıq gəlib.

Sportinfo,az xəbər verir ki, son olaraq ölkə kubokunun finalında "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələn "Keşlə" Konfrans Liqasında iştirak hüququ qazanıb.

Premyer Liqanı 39 xalla 3-cü pillədə bitirən "gənclik şəhəri" təmsilçisi 57 xalla ikinci olan "Qarabağ"la birlikdə eyni turnirə qatılacaq.

59 xalla çempion olan "Neftçi" Çempionlar Liqasında çıxış edəcək. Komandaların hamısı I təsnifat mərhələsində başlayacaq.

Yarımçıq dayandırılmış ötən mövsüm də avrokuboklara eyni komandalar vəsiqə qazanmışdı. Fərq bunda idi ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak hüququ əldə etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"