“Neftçi”dən bir gecədə iki imza...

20 May 2021 23:00 Azərbaycan Futbolu 1 432
“Neftçi”dən bir gecədə  iki imza...

Premyer Liqanın qızıl medallarını qazanan “Neftçi” iki rekorda imza atıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu 9-cu dəfə çempion olub, 19-cu dəfə mükafatçılar sırasında düşüb.

Gümüş medal qazanan “Qarabağ” 15-ci dəfə “üçlük”də yer alıb. “Sumqayıt” tarixində ilk dəfə bürünc mükafata yiyələnməklə Azərbaycan çempionatları tarixində medal qazanan 18-ci komanda olub.

Çempionluq sayında rekordçu olan “Neftçi”dən başqa, “Qarabağ” 8, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Keşlə”) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 1 dəfə zirvəyə sahib olub.

1992-ci ildən keçirilən, 2001/02 mövsümü yarımçıq qalan və 2002/03 mövsümü təşkil olunmayan yarışda “İnter” 9, “Kəpəz” 6, “Şəmkir”, “Bakı”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, “Xəzri, “Xəzər” (Sumqayıt), “Karvan” 2, “Olimpik”, “Zirə”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt” 1 dəfə mükafat qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"