«Kəpəz» yeni mövsümdə Gəncə şəhər İcra Hakimiyyətindən maddi dəstək almayacaq.
Sportinfo.az-ın məlumatına görə, AFFA-nın yerli rəsmi dairələrlə apardığı danışıqlar uğursuz nəticələnib.
Belə ki, İH I Divizionda çıxış edən kluba maliyyə ayırmaq iqtidarında olmadığı barədə federasiyanı bilgiləndirib. İcra başçısı Niyazi Bayramovla görüşmək isə onlara müəssər olmayıb.
Beləcə, «Kəpəz» yenə tamamilə SOCAR-ın ümidinə qalıb.