"Qarabağ" liderliyə yüksəldi, "Zirə" "Qəbələ" ilə bərabərə qaldı - Yenilənib

9 May 2021 22:08 Azərbaycan Futbolu 1 137
"Qarabağ" liderliyə yüksəldi, "Zirə" "Qəbələ" ilə bərabərə qaldı - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun ikinci günündə iki matç baş tutub.

Günün ilk qarşılaşması Zirədə keçirilib. Avrokuboklara vəsiqə üçün mübarizə aparan qəsəbənin eyniadlı təmsilçisi “Qəbələ”ni sınağa çəkib.

Doğma arenasında qolsuz bərabərə qalan "Zirə" bir gün əvvəl "Sumqayıt"ın qələbə qazanması səbəbindən 3-cü pilləni əldən verib.

Tura son çempionun matçı ilə yekun vurulub. “Qarabağ” oyundan öncə avrokuboklara vəsiqə şansını itirən “Sabah”ın qonağı olub. Ağdam təmsilçisi görüşün taleyini ilk hissədəcə həll edib.

20 dəqiqə ərzində rəqib qapısından 4 cavabsız top keçirən Qurban Qurbanovun yetirmələri darmadağınla bir gün öncə əldən verdiyi liderliyini qoruyub.

Turun ilk günündə “Neftçi” “Səbail”i 3:0, “Sumqayıt” “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib.

9 may (bazar)

18:00. “Zirə” –“Qəbələ” - 0:0
Baş hakim:
Əliyar Ağayev
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
Zirə İdman Kompleksinin stadionu

20:15. “Sabah” – “Qarabağ” - 0:4
Qollar:
Abdullar Zubir, 28, Mahir Emreli, 32, Xayme Romero, 41, Maksim Medvedev, 45+3 (pen.)
Baş hakim: Rauf Cabarov
“Sabah”: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rustam Samigullin, 17. Məhəmməd Mirzəbəyov, 28. Kevin Kubemba, 48. Dmitro Klots, 38. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 9. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 95. Məmməd Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Bank Respublika Arena”

1

Qarabağ

26

15

9

2

62-17

54

2

Neftçi

26

16

5

5

45-25

53

3

Sumqayıt

26

9

9

8

29-30

36

4

Zirə

26

7

14

5

25-26

35

5

Sabah

26

6

7

13

24-35

25

6

Qəbələ

26

5

10

11

20-39

25

7

Səbail

26

5

9

12

21-39

24

8

Keşlə

26

4

11

11

22-37

23

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") – 19, Mahir Emreli – 17, Filip Ozobiç (hər ikisi "Qarabağ") - 11 qol.

Xəbər Lenti