"Honda üçün meydançaya çıxmaq hələ çox tezdir"

7 Aprel 2021 20:20 Azərbaycan Futbolu 1 909
"Honda üçün meydançaya çıxmaq hələ çox tezdir"

"Mən Hondanı yaxşı yox, əla futbolçu kimi tanıyırdım".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan U-19 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Təcrübəli mütəxəssis hazırkı durumda məşhur futbolçunun "Neftçi"yə faydalı olmayacağı qənaətindədir: "Amma neçə illər olar onun karyerasını izləmirdim. Amma burda bir məqam var. Əgər "Neftçi" Hondanı uzun müddət üçün bura dəvət etsəydi onda söhbətin etmək olardı ki, hələ hazır deyil. Hazır olması üçün vaxt lazımdır.

Tutaq ki, 3 illik müqavilə bağlayırsan və yarım il onun hazır olmasına vaxt lazım olur. Bu aydın məsələdir. Belə ola bilər. Amma bizdə çempionat 2 aydan sonra başa çatacaq. Honda ilə müqavilə də sezonun sonuna kimidir. Əgər müqavilə bağlanıbsa, deməli, Honda "Neftçi"ni çempion eləməyə gəlib. Tək başına komandanı çempion eləməlidir. Yəni belə adlı-sanlı futbolçudur. Amma mən onu meydançada bu səviyyədə görmədim. Onun özünə gəlməsi üçün müəyyən vaxt lazımdır. Açıq-aşkar görsənir ki, hazır deyil. Düzdü, bir neçə ötürməsi oldu. Bunu bacarır. Usta futbolçudu, amma fiziki cəhətdən çox zəifdir. Hələ meydançaya çıxmaq onun üçün çox tezdir. Güclü futbolçu olmasına şübhəm yoxdur. Ola bilər 3 aydan sonra əla futbolçu olsun. Amma onda da müqavilə bitəcək".

Xəbər Lenti