Musayev “Neftçi”dən danışdı: "Bizdə heç vaxt yazılı müqavilə olmayıb, kişi sözü olub”

23 Mart 2021 13:40 Azərbaycan Futbolu 606
Musayev “Neftçi”dən danışdı: "Bizdə heç vaxt yazılı müqavilə olmayıb, kişi sözü olub”

“Klubda fəaliyyət göstərəndə məşqçinin işinə heç vaxt qarışmamışam”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Vaxtilə “Neftçi”də vitse-prezident vəzifəsində çalışmış futbol funksioneri həmin dönəmdə kollektivdə mehribanlıq olduğunu söyləyib.

O, dostluq münasibətinin hələ də davam etdiyini bildirib: “Klubda çalışanda həm məşqçi, həm də futbolçu heyəti ilə dostluq münasibətimiz olub.

Şükür Allaha, hamısı sağdır, soruşa bilərsiniz. Bizdə heç vaxt yazılı müqavilə olmayıb. Kişi sözü olub”.

Digər Xəbərlər
Xəbər Lenti