Azərbaycan klublarının avrokuboklarda iştirakına icazə verildi

11 Mart 2021 10:40 Azərbaycan Futbolu 821
Azərbaycan klublarının avrokuboklarda iştirakına icazə verildi

İsveçrənin SGS şirkəti 2020-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı şirkətdən AFFA-ya məktub ünvanlanıb.

Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.

Lisenziyalaşdırma qrupu 2021-2022-ci il Lisenziyalaşdırma mövsümündə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Xəbər Lenti