Azərbaycanda məşhur futbol layihəsi yarımçıq dayandırıldı – PUL QURTARIB

10 Mart 2021 16:00 Azərbaycan Futbolu 1 610
Azərbaycanda məşhur futbol layihəsi yarımçıq dayandırıldı – PUL QURTARIB

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tikintisi dayandırılıb.

Sportinfo.az-ın məlumatına görə, buna səbəb maliyyə çatışmazılığıdır.

Artıq 10 günə yaaxındır ki, burada heç bir iş görülmür.

10 min nəfər tutumu olacaq bütün tribunaların tikintisi başa çatıb. Əlavə pul vəsaiti tapılsa, yaxın zamanlar oturacaqların quraşdırılmasına başlanılacaq.

Hazırda əsas işlər arenanın daxilindəki hörgünün aparılmasıdır. Daha sonra fasadın çəkilməsi nəzərdə tutulub. Meydança da paralel olaraq tikinti materiallarından təmizlənib və toxum səpininə hazırlanıb.

Yeni qazon Niderlanddan gətiriləcək və bununla bağlı danışıqlara da başlanılıb. Qazonun bu ayın sonu, aprelin əvvəlində ölkəyə gətirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!