"Hər şey gözlədiyimdən də yaxşıdır" - Gürcüstana gedən azərbaycanlı

8 Mart 2021 15:00 Azərbaycan Futbolu 1 705
"Hər şey gözlədiyimdən də yaxşıdır" - Gürcüstana gedən azərbaycanlı

"Artıq yeni komandamla ilk oyunuma çıxdım. Təəssüf ki, məğlub olduq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Samtredia"ya transfer olunan İbrahim Qədirzadə deyib.

Gürcüstan çempionatında yeni mövsümə start verilib. Qədirzadənin formasını geydiyi “Samtredia” səfərdə “Telavi”yə uduzub (0:1). “Xəzər Lənkəran“ın yetirməsi 68-ci dəqiqədə meydana çıxıb.

Bu keçid İbrahimzadənin karyerasında lk legioner həyatıdır. O, bu baxımdan xüsusi çətinlik yaşamadığını bildirib: "İlk dəfədir ölkə xaricində çıxış edirəm.

Çətinlik hər zaman var, amma komandada məni yaxşı qarşıladılar. Kollektivə tez uyğunlaşmağa çalışıram. Elə xüsusi bir çətinlik yoxdur.

Çalışıram ki, bütün çətinliklərin öhdəsindən gəlim, gələcəkdə komandama daha çox xeyir verim və yaxşı nəticələr qazanaq".

"Xəzər Lənkəran" yetirməsi "Samtredia"dan dəvət alarkən, ötən mövsüm burada çıxış etmiş Nicat Qurbanovla məsləhətləşdiyini deyib:

"Gürcüstan çempionatı haqda məlumatlıydım. Hətta "Samtredia" haqqında belə, bilirdim. Nicat burada oynayanda diqqət eləmişdim. Hər şey gözlədiyimdən də yaxşıdır.

Bircə yeni başlayan çempionata məğlubiyyətlə strat verməyimiz pis oldu. Xallar qazanıb, yerimizi yaxşı etməliyik".

İbrahim rəhbərlik tərəfindən qarşılarına hər hansı tələb qoyulmadığını bildirib: "Sırf bu yeri tutmalıyıq deyə, bir hədəf qoyulmayıb. Qələbələr qazanıb, yuxarı pillələrdə olmaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti