AFFA yenidən öz qapılarını Hüseynovun üzünə açır

24 Fevral 2021 22:20 Azərbaycan Futbolu 1 065
AFFA yenidən öz qapılarını Hüseynovun üzünə açır

Bir ay öncə «Keşlə»nin baş məşqçisi postundan uzaqlaşdırılan Yunis Hüseynov keçmiş iş yerinə qayıdacaq.

Sportinfo.az bu barədə məlumatı AFFA-dan əldə edib. Redaksiyamıza verilən məlumata görə, onun yenidən federasiyada işlə təmin olunması nəzərdə tutulub.

Hüseynov ötən ilin avqustundan bu ilin yanvarınadək «Keşlə»də fəaliyyət göstərib. Ona kimi isə AFFA-da Texniki Direktorun müavini vəzifəsini tutub.

Yəqin ki, bu dəfə Məşqçilər Komitəsində yer alacaq. Amma bu da hələ dəqiq deyil. Hər şey AFFA mənsublarının Hüseynovun özüylə söhbətindən sonra dəqiqləşəcək.

Bəlkə heç sözügedən komitəyə üzv olmaq istəmədi?

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu