"Kim nə deyir desin, "Qarabağ"da heç nə baş verməyib"

21 Fevral 2021 20:20 Azərbaycan Futbolu 1 432
"Kim nə deyir desin, "Qarabağ"da heç nə baş verməyib"

"Qarabağ"ın ardıcıl xal itkiləri və "Neftçi"nin qələbələri çempionluq mübarizəsini daha da qızışdırdı. Qarşıda bizi birincilik uğurunda maraqlı mübarizə gözləyir"

Bu fikirləri Sportinfo.az-a açıqlamasında U-19 millimizin baş məşqçisi Samir Əliyev deyib.

Gənc mütəxəssis çempionluq mübarizəsinin bundan sonrakı gedişatını isə belə dəyərləndirib: "Neftçi"nin liderliyi necə qoruyub saxlamasını komandanın baş məşqçisi daha yaxşı bilər. Son oyunlar göstərdi ki, "Neftçi" oynamağı bacarır. 3 xal öndə olmaları "Qarabağ"ı qış yuxusundan ayıldacaq və bundan sonra daha məsuliyyətli olacaqlar".

Samir Əliyev, "Qarabağ"ın oyununda eniş olmadığını düşünür: "Qarabağ"da heç nə baş verməyib. Oyun nizamı qorunur. Kim nə deyir desin, əvvəl necə "Qarabağ" idisə indi də elədir. Bu mənim şəxsi fikrimdir. Yaradılan qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkirlər. Bunu da bəxtsizliklə əlaqələndirirəm. İstər "Neftçi", istərsə də "Sumqayıt"la oyunlarda bunu gördük.

Biri var öz oyununu oynaya bilməsin bu başqa şeydi. Amma komanda eyni oyunun göstərir. Sadəcə bu futboldu. Bəzən belə də olur. Hətta "Sumqayıt"la oyunun 90-cı dəqiqəsində hesab 0-0 olsa da belə oyun nizam-intizamından əl çəkmirdilər. Soyuqqanlı davranırdılar. Bu da vacib məqamdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"