"Neftçi"nin bu qələbəsindən sonra biz də "Qarabağ"ı uda bilərik"

15 Fevral 2021 17:40 Azərbaycan Futbolu 1 450
"Neftçi"nin bu qələbəsindən sonra biz də "Qarabağ"ı uda bilərik"

"Bu tur çox gərgin keçdi. Xüsusi ilə də "Qarabağ" və "Neftçi" arasındakı oyunu qeyd edərdim.

Oyun maraqlı keçdi, meydanda hər şey vardı.

Vurulan qollar, verilən qırmızı vərəqələr. Bilirdik ki, "Neftçi" məğlub olsa, "Qarabağ" 5 xal irəli çıxacaq. Çempionluq yolunda böyük addım atılmış olacaqdı. Amma əksi oldu deyə, gərginlik bir qədər də artmış oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında milli komandada Canni De Byazinin köməkçisi kimi çalışan Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın belə oyunlara ehtiyacı olduğunu bildirib: "Mübarizə hələ davam edəcək. Bu baxımdan turu müsbət mənada çempionatın aktivinə yazmaq olar.

Hər zaman belə oyunlar olmur. Digər oyunlarda olan nəticələr də göstərdi ki, çempionatda autsayder yoxdur. Bərabər çempionat gedir. Hər bir komanda hansısa turda surpriz edib, qələbə qazanıb, turnir cədvəlində mövqeyini yaxşılaşdıra bilər.

Oyunun əvvəlindən də görünürdü ki, "Neftçi"də istək daha çox idi. Komanda böyük iradə göstərdi. Azlıqda qalanda belə ruhdan düşmürdü. Sanki son oyuna çıxmışdılar. Heyətlər bərabər olanda "Qarabağ"da üstünlük vardı.

Amma "Neftçi" azlıqda qalanda, sanki onlarda arxayınlıq yarandı. Ki, artıq oyunun taleyini həll edə bilərlər. "Neftçi" qol vurmaqla göstərdi ki, məğlub olmağa gəlməyiblər. Komanda olan ruh oyunun taleyin həll elədi".

O, çempionluq mübarizəsində "Neftçi"nin sona kimi "Qarabağ"a çətinlik yarada biləcəyini düşünür: "Gedişat göstərir ki, çempionluq mübarizəsi son tura kimi davam edəcək. Ötən illərdə olduğu kimi, çempionluğun taleyi bir neçə tur əvvəldən həll olunmaya bilər. "Neftçi"nin qələbəsindən sonra digər komandalarda da inam yarana bilər ki, biz də "Qarabağ"ı uda bilərik. Adətən, "Qarabağ" ardıcıl qələbə qazananda rəqiblər onlara qarşı qələbə üçün köklənə bilmir. Amma indi hər bir komanda xal almaq istəyilə meydana çıxacaq".

Millimizin məşqçisi yerli futbolçuların çıxışını da dəyərləndirib: "De Byazi və biz bütün turları izləyirik. Demək olar ki, hər oyunda oluruq. Milliyə namizədləri nəzərdən keçiririk. Özünü göstərə bilən hər kəs diqqətdə saxlanır.

Qabaqda hələ bir ay vaxt var. Nəzarət hələ davam edəcək. Bir tur futbolçu yaxşı oynayır, növbəti tur zəif çıxış edir. Bir sözlə, futbolçularımızda və komandalarımızda stabillik çatışmır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"